Ölkə futbolu
“Atletiko”nun sabiq məşqçisi “Neftçi”də – RƏSMİ
“Neftçi” klubunun məşqçilər korpusunda yeni təyinat olub.
Futbolinfo.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini bundan sonra Mario Fernandes Kastelyano yerinə yetirəcək.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
2013-2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və B komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” B (2015-2016) və Çinin “Dalyan İfan” (2016-2018) klublarında çalışıb. O, UEFA-nın PRO kateqoriyasına malikdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı