Dünya futbolu
Atsunun zəlzələdə öldüyü rəsmən təsdiqləndi
Türkiyənin “Hatayspor” klubunun hücumçusu Kristian Atsu qardaş ölkədəki dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qanalı futbolçunun agenti Murat Uzunmehmet açıqlama verib.
O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Kristian Atsunun dağıntılar altında qaldığı, daha sonra onun yaralı halda tapıldığı açıqlanmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.
Xatırladaq ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” kimi klublarında da çıxış edib. Qanalı futbolçu ölkəsinin yığmasında da 65 oyuna 9 qol vurub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…