Ölkə futbolu
Avrokubok təmsilçilərimiz çətin sınaq qarşısında
Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Sabah” və “Neftçi” komandaları bu gün növbəti avrokubok oyunlarını keçirəcəklər.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayacaq.
Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə görüşəcək. Bu gün baş tutacaq ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Neftçi” ilə “Sabah” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar. “Ağ-qaralar” Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcək. İlk qarşılaşma “Neftçi Arena”da baş tutacaq. “Bayquşlar”ı isə Serbiya nəhəngi “Partizan”la görüş gözləyir. Bu komandaların ilk oyunu da Azərbaycanda, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, komandalarımızın hamısı bu rəqibləri ilə cavab görüşünü avqustun 17-də səfərdə keçirəcəklər. Bu üzdən də doğma meydandakı ilk oyunda sərfəli nəticə qazanmaq çox önəmlidir.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
10 avqust
20:00. “Qarabağ” – HJK
Baş hakim: Roy Reynşreyber (İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
20:00. “Sabah” – “Partizan”
Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).
Masazır. “Bank Respublika Arena”.
21:00. “Neftçi” – “Beşiktaş”
Baş hakim: Lukas Fahndrix (İsveçrə).
Bakı. “Neftçi Arena”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə