Ölkə futbolu
“Avrokuboklara vəsiqə qazanmaq üçün potensialımız var”
“Bizim üçün vacib oyun idi. Matçda işlərimiz qaydasında getdi, hər şey istədiyimiz kimi alındı və bizə lazım olan 3 xalı qazandıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Sofian Çakla deyib.
Mərkəz müdafiəçisi Misli Premyer Liqasının 25-ci turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Mövsüm uzun marafondur. Əsas odur son matçımızda bizə lazım olan 3 xalı qazandıq. İndi önəmli olan növbəti matçımızdan da qələbə ilə ayrılmaqdır. Bizim avrokuboklara vəsiqə qazanmaq üçün potensialımız var. Fikimcə, mövsümü yaxşı pillədə başa vura bilərik. Lakin bunun üçün diqqətimizi turnir cədvəlinə yox, hər növbəti matçımıza yönləndiririk”.
Çakla növbəti turda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan danışıb: “Çətin oyun olacaq. Hədəflərimiz uğrunda mübarizə aparmaq üçün bizə 3 xal lazımdır. Əlimizdən gələni edəcəyik ki, buna nail olaq”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı