Digər idman növləri
Avroliqada biletləri hansı millətlər alıb?
Basketbol üzrə Avroliqa turnirinin mətbuat xidməti “Dördlər finalı”na satılmış biletlərlə bağlı maraqlı məlumat açıqlayıb. Bu məlumat biletlərin hansı millətlər tərəfindən alınması ilə bağlıdır.
Ən çox bilet alan ispanlardır. Onlar ümumi göstəricinin 20%-ni təşkil edirlər. İkinci yerdə 16%-lə yunanlar qərarlaşıb. 3-cü yerdə isə hələlik almanlardır. Biletlərin 15%-ni məhz onlar əldə ediblər. Türklər 9%-lə 4-cüdürlər. Fransızlar isə biletlərin 5%-nə sahib çıxıblar.
Xatırladaq ki, “Dördlər finalı” mayın 24-dən 26-dək Berlində baş tutacaq. Keçən il bu mərhələyə qədər Yunanıstanın “Olimpiakos”, Fransanın “Monako”, İspaniyanın “Real” və “Barselona” komandaları gəlmişdi. Hazırda Avroliqada turnir cədvəlinə Madrid “Real”ı başçılıq edir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı