Dünya futbolu
Avroliqada da həftənin ən yaxşı oyunçusu müəyyənləşdi
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Raşford layiq görülüb.
İngiltərədən olan 25 yaşlı forvard İspaniyanın “Barselona” komandasına qarşı keçirdikləri səfər oyununda (2:2) bir qolun müəllifi olub.
Xatırladaq ki, Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına Aksel Disasi (“Monako”, Fransa), Lukas Okampos (“Sevilya”, İspaniya) və Dmitri Krıskiv (“Şaxtyor”, Donetsk, Ukrayna) də namizəd idi.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov