Dünya futbolu
“Spartak” “Napoli”ni məğlub yola saldı
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
C qrupunda Rusiyanın “Spartak” (Moskva) klubu İtaliya təmsilçisi “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək. C qrupunun digər matçında azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester Siti”nin (İngiltərə) qonağı olacaq.
Avropa Liqası
C qrupu, 5-ci tur
24 noyabr
“Spartak” (Moskva, Rusiya) – “Napoli” (İtaliya) 2:1
Qol: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.
Moskva, “Spartak” stadionu.
Xal durumu: Spartak – 7, Napoli – 7, Legiya – 6, Lester Siti – 5.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır