Digər idman növləri
Avroliqada turun ən faydalı oyunçuları bəlli oldu
Avroliqanın mətbuat xidməti müntəzəm çempionatın 27-ci turunda ən yüksək faydalılıq əmsalı olan basketbolçuların adlarını açıqlayıb. Liqanın X sosial şəbəkə səhifəsində bu göstərici üzrə liderlərin siyahısı dərc edilib.
Turda ən çox fayda verən basketbolçu “Makkabi”nin hücumçusu Coş Nebo olub. Onun faydalılıq əmsalı +30 xal təşkil edib. Bu göstəriciyə görə Neşo ikinci yerdə qərarlaşan komanda yoldaşı, Bonzi Kolsonu 4 bal qabaqlayıb. Onlardan başqa siyahıda İsrail klubunun daha iki oyunçusu var. Bunlar Veyd Bolduin və Tamir Blatdır. Türkiyə millisinin üzvü Tarik Biberoviç də siyahıya düşməyi bacarıb.
Tam dərc edilən siyahı isə bu formadadır:
1. Coş Nebo (+30).
2. Bonzi Kolson (+26).
3. Tarik Biberoviç (+25).
4. Veyd Bolduin (+22).
5. Tomas Volkap (+21).
6. Tamir Blatt (+21).
Xatırladaq ki, Avroliqanın növbəti, 28-ci turu martın 7 və 8-də keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı