Dünya futbolu
MY “Roma”ya, “Vilyarreal” “Arsenal”a qalib gəldi
Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda İtaliya “Roma”sı ilə üz-üzə gəlib. Mançesterlilər doğma meydanda darmadağına seviniblər. Digər yarımfinal görüşü isə İspaniya “Vilyarreal”ı ilə İngiltərənin “Arsenal” klubları arasında baş tutub. Bu oyunda da meydan sahibləri qələbəyə seviniblər.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 6-da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
29 aprel
Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya) 6:2
Qol: B.Fernandes, 9; 71-pen. Kavani, 48; 64. Poqba, 75. Qrinvud, 86 – Pelleqrini, 15-pen. Dzeko, 34.
Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə) 2:1
Qol: Triqeros, 5. Albiol, 29 – Pepe, 73.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq