Digər idman növləri
Avropa basketbolunun rəhbəri Dubay komandasına qarşıdır
FIBA-nın Avropa üzrə rəhbəri Dubay komandasının Avroliqaya qoşulması ideyasını dəstəkləmir.
“Burada diqqət ediləsi söz “şayiələr”dir. Mən hələlik bununla bağlı nə bir təklif, nə razılaşma, nə də başqa bir şey görmürəm.
FİBA-Avropanın prezidenti kimi, başqa qitənin komandasının Avroliqa iştirakçıları ilə mübarizə aparmasını bəyənmirəm. Bu, Avroliqadır. Məncə, kənardan komandanın daxil edilməsinin heç bir mənası yoxdur. Əgər belə bir şey baş verərsə, komandalara və oyunçulara təsir edəcək. Xüsusilə də, uzun yol qət etmək problemlər yaradacaq”, – deyə Xorxe Qarbaxosa bildirib.