Digər idman növləri
Avropa Oyunları: Fərid yarımfinalda, Elşad uduzdu
Azərbaycan kikboksçusu Elşad Şahbazov Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 80 kq-da çıxış edən idmançı 1/4 finalda ukraynalı Artyom Melnikə 0:3 hesabı ilə uduzub.
Azərbaycanın digər kikboksçusu Fərid Ağamoğlanov da bu gün Polşada ilk döyüşünü keçirib.
63.5 kq-da “full-contact” növündə mübarizə aparan idmançımız 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Ağamoğlanov iyulun 1-də norveçli Milton Ameriko Barrios Qalaretta ilə yarımfinal görüşünə çıxacaq.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”