Milli komanda
“Avropadan bir milli komandadan cavab gözləyirəm” – De Byazi
Adı Azərbaycan milli komandasıyla hallanan Canni de Byazi İtaliya mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, “Corriere di Torino”ya danışan italyan mütəxəssis, bir Avropa ölkəsindən təklif aldığını və cavab gözlədiyini deyib:
“İranla çoxdan danışıqlar olmuşdu, ancaq sonra problemlər yarandı. A Seriyasından bəzi klublarla görüşdüm və “yox” dedim. İndi Avropadan bir milli komandadan cavab gözləyirəm. Ümid edirəm ki, bir neçə günə həll olunacaq”.
Byazinin sonuncu iş yeri İspaniyanın “Alaves” klubu olub. O, 2011-2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı ilin Avropa çempionatına vəsiqə qazanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…