Dünya futbolu
“Ayaks” baş məşqçisi ilə müqaviləni yenilədi
Niderlandın “Ayaks” klubu baş məşqçi Erik ten Haqla müqaviləni yeniləyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ten Haqla müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Daha əvvəl İngiltərənin “Tottenhem” klubunun Erik ten Haqla maraqlandığı bildirilirdi.
“Ayaks” Niderland Erediviziyasında 1-ci sıradadır. Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır.