Ölkə futbolu
Ayaz Quliyev “Neftçi”də tibbi müayinədən keçdi, amma…
“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevin “Neftçi”yə keçidi baş tutmayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Metaratings” nəşri məlumat yayıb.
Buna səbəb transfer məbləğində komandaların ortaq məxrəcə gələ bilməməsi göstərilib. “Neftçi” “Match TV” turnirində iştirak üçün Sankt-Peterburqda olduğu müddətdə 26 yaşlı azərbaycanlı yarımmüdafiəçi komandanın düşərgəsinə də yollanıb.
Quliyev hətta Bakı təmsilçisində tibbi müayinədən də uğurla keçib. Lakin klublar transfer qiymətində razılaşmayıblar. “Ximki” Quliyevin keçidi üçün 600 min avro tələb edib. Bu məbləğin yüksək olduğunu düşünən “Neftçi” transferdən imtina edib. Ayaz Quliyev də bir həftəlik fasilədən sonra “Ximki”nin təlim-məşq toplanışına qayıdıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”