Ölkə futbolu
Aybaba Juninyo üçün gəlir: “Beşiktaş” “Qarabağ”dan endirim istəyir
“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyo Olaviodan əl çəkmir. Türkiyə klubunun braziliyalı forvardı yayda heyətinə qatmaq qərarı qətidir.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu “Beşiktaş”ın Super Liqadakı əsas rəqiblərindən “Fənərbağça”nın da maraq dairəsindədir. Bu səbəbdən “ağ-qaralar” vaxt itirmədən transferi həyata keçirmək niyyətindədir. İstanbul nəhəngi “Qarabağ”ın 8 milyon avroluq təzminat tələbində endirimə getməsini istəyəcək.
Türkiyə mətbuatında yayılan məlumata görə, “Beşiktaş”ın idman direktoru Samet Aybaba danışıq aparmaq üçün yaxın müddətdə Azərbaycana səfər edəcək. Məhz Aybaba braziliyalının oyununu bəyəndiyi üçün rəhbərliyə bu keçidi məsləhət görüb.
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…