Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “40 gün məşqsiz qalmaq çoxdu”

blank

Futbolinfo.az “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun müsahibəsi ilə tanış edir:

  • Koronavirus epidemiyasına görə çempionatda yaranan fasiləni necə keçirirsiniz?
  • Demək olar ki, evdəyəm. Çalışıram ki, evdən çıxmayım. Gözləyirik ki, bu virus bitsin, hər kəs öz işinin başına qayıtsın.
  • Futbolçularınız fərdi məşq edirmi? Onlara nəzarət edə bilirsiniz?
  • Çempionatda fasilənin yaranması ilə bağlı qərardan sonra futbolçularımıza 4 günlük istirahət vermişdik. Ağır oyunlara görə istirahət etməli idilər. İndi verdiyimiz fərdi proqramlarla məşq edirlər. Bəzi futbolçularımızın yaşadığı yerə yaxın park var, bəziləri dənizə yaxın yaşayır. Bəziləri isə demək olar ki, evdən çıxa bilmir. Ümumən fərdi çalışırlar, nəzarət edirik. Çalışırıq ki, növbəti dəfə yığışanadək maksimum tonusda qalsınlar.
  • Yəqin futbolsuz darıxırsınız.
  • Əlbəttə. Neçə illərdir ki, bu işlə məşğuluq. Futbolçu olanda deyirdik ki, qış və ya yay fasiləsi olsun, istirahət edək, ancaq 5 gün keçən kimi darıxırdıq, yığışıb, futbol oynayırdıq. Bizə deyirdilər ki, istirahətdəsiniz, niyə futbol oynayırsınız? Məncə, hamı razı olar ki, bizim istirahətimiz elə futbol oynamaqdır. Planlarımız var idi. Çətin oyunlar, stress filan… İstirahət etmək istəyirdik. Amma indi düşünürük ki, kaş həmin vaxtlar olaydı. Həqiqətən komanda üçün də çox darıxıram. Uşaqlarla hər gün bir yerdəydik, ünsiyyətdəydik. Ancaq əsas sağlamlıqdır. İnanıram ki, bu virusdan ən az zərər çəkən ölkələrdən olacağıq. Maraqlı məqamdır. Həmişə ildə iki dəfə fasilə olurdu, indi üç dəfə oldu. Düzdür, mən futbolçu olan vaxtda da bir dəfə futbol tam dayanmışdı, onda da çox əziyyət çəkmişdik. Ancaq indi psixoloji yorğunluq çox olur. Bilirsən ki, evdən çıxmaq olmaz, heç kimlə görüşmürsən. Bunun özü bir psixoloji gərginlik yaradır. Ancaq nə qədər də çətin olsa, özümüz və yaxınlarımızın səhhətinə zərər verməmək üçün buna dözməliyik. Özümüzə məşğuliyyət tapmalıyıq. Şükürlər olsun ki, televiziya proqramları, internet var. Bu bir ay ərzində nəyləsə başımızı qatmalıyıq.
  • Siz özünüz koronavirusdan necə qorunursunuz?
  • Maksimum çalışıram ki, evdən çıxmayım. Ancaq marketdən alış-verişə gedirəm. Evə gələn kimi əllərimiz spirtlə yuyuram. Bir də ən əsası ünsiyyətdən qaçırıq.
  • Sizcə, komandaların bu qədər müddətdə futbolsuz qalması fasilədən sonra onlara necə təsir edəcək? Futbolçuların formaya düşməsi çox vaxt aparacaq?
  • Bugünkü günlə götürsək, demək olar ki, futbolçular 40 günə yaxın məşqsiz qalacaqlar. Bu, çoxdur. Biz qış fasiləsində futbolçulara 20 günə yaxın istirahət verirdik, sonra isə məşq etmək üçün bir ay vaxtımız olurdu, təlim-məşq toplanışında komanda formaya düşürdü. Hətta bundan sonra da ilk üç tur çətin keçirdi. İndi elə bir məqamdır ki, komandaların birlikdə məşq etməyi üçün vaxt olmayacaq. Futbolçular da bunu düşünüb, fərdi məşqlərini dayandırmamalıdırlar. Çəkilərinə fikir verməlidirlər. Ən azı iki həftə hazırlıq keçib və iki yoldaşlıq oyunu keçirsək, çempionata davam edə bilərik. Yenə də 1-2 tur çətin olacaq. Komandalar xarakter göstərməlidirlər.
  • Komandanızda İrandan olan iki futbolçu var. İranda koronavirusun geniş yayıldığını nəzərə alsaq, yəqin onlar da ailələri üçün narahatdır.
  • Bəli, onlar bu virusun yayılmasından 4-5 ay əvvəl İrana getmişdi. Həmin futboçularla danışmışam, onlara da çox çətindir, darıxırlar. Biz Azərbaycanda öz ailəmizin yanında, evdə darıxırıq. Onlar isə təkdirlər. Həqiqətən çətin durumdadırlar. Ancaq yenə də dözümlü olmalıdırlar. Çünki öz ölkələrinə getsələr, sonra qayıda bilməmək təhlükəsi yarana bilər. Ona görə də gözləyirlər. (qol.az)

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm