Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “Antalyada futbolçuları istəkli görmək məni çox sevindirdi”

blank

Türkiyədə təlim-məşq toplanışını başa vuran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • “Sumqayıt”ın təlim-məşq toplanışını ümumi olaraq necə dəyərləndirərdiniz?
  • Yanvarın 3-dən etibarən Sumqayıtda mövsümün ikinci yarısı üçün hazırlığa start verdik. Məşqlərimiz yüksək tempdə getsə də, yükləmələri pillə-pillə artırmaqla ümumi plan üzrə çalışdıq. Ayın 12-də hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollandıq. Antalyada olduğumuz müddətdə futbolçularımı istəkli görmək məni çox sevindirdi. Ümumən, nizam-intizam sarıdan problem yaşamadıq. Keçirdiyimiz bütün yoxlama oyunlarına ciddi şəkildə yanaşdıq və hər oyuna ayrıca hazırlaşdıq. Antalyada olduğumuz müddətdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışdıq. Toplanışda yeganə üzücü məqam yarımmüdafiəçimiz Vüqar Mustafayevin zədələnməsi oldu. Ümid edirəm ki, tez bir zamanda zədəsini sağaldıb, komandaya qoşulacaq.
  • Toplanışın ikinci mərhələsində 4 yoxlama oyunu keçirdiniz ki, bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alındı…
  • İlk iki qarşılaşmada hər hissəyə fərqli heyətlə başladıq. Hər kəsə eyni bərabərlikdə şans verməyə çalışdıq. Çünki, buna ehtiyacımız var idi. Bütün mövqelərdə futbolçularımız arasında yaxşı mənada rəqabət yaratmaq istəyirdik. Bu əsasən də, gənc futbolçulara görə hesablanmış addım idi ki, onlar hər zaman “döyüşə” hazır olsunlar. Bilirsiniz ki, çempionat boyu gənclərə çox üstünlük vermişik. “Kapoşvar”la baş tutan ilk matçda məğlub olsaq da, futbolçulardan razı qaldım. Çünki, onlarda istədiyim hərəkətliliyi və verilən tapşırıqları səhvsiz yerinə yetirmə istəyini gördüm. Rumıniya təmsilçisi “Poltexnika” (İaşi) ilə oyunda isə bərabərlik qeydə alınmasına baxmayaraq, görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Hətta deyərdim ki, keçirdiyimiz oyunlar arasında mübarizə baxımından ən bəyəndiyim matç məhz Rumıniya təmsilçisinə qarşı oldu. Son iki oyunda isə qələbə qazandıq. Polşa “Arka”sını 1:0 yendiksə, bu gün “Şaxtyor”la oyun daha məhsuldar alındı. Çempionat öncəsi ardıcıl qələbə qazanmağımıza sevindik. Çünki, komandanı qalib ruhda çempionata hazırlamaq istəyirik. Ümumilikdə, keçirdiyimiz oyunlardan razı qaldım. Amma, bununla belə, hələ də səhvlərimiz var ki, bu da qaçılmaz haldı. Sumqayıta qayıtdıqdan sonra da səhvlərimizin üzərində çalışacağıq ki, çempionatda da tam gücümüzü ortaya qoyaq.
  • Antalya toplanışına gələn gənc futbolçuların çıxışını ümumi olaraq necə dəyərləndirərdiniz?
  • Çempionatın ilk yarısında 5 limit futbolçu ilə oynamışıq. Türkiyə toplanışına əvəzedici komandamızda daim forma şansı qazanan futbolçulardan 3 nəfəri – qapıçı Ələkbər Ağayevi və meydan oyunçuları Cavid Quliyevlə Nəbi Məmmədovu özümüzlə gətirmişdik. Onu da bildirim ki, Ələkbər və Cavid öz akademiyamızın yetirmələridi. Bu gün gənclərin inkişafı üçün müəyyən zaman lazımdı. Gənclər də həmişə öz üzərlərində işləməlidilər. İnanıram ki, akademiyamızın yetirmələri olan, hazırda bizimlə birlikdə bu kollektivdə olan gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər.
  • Artıq Antalya toplanışı başa çatdı. Sizcə, komanda bu gün üçün çempionata neçə faiz hazırdı?
  • Toplanışdan sonra ilk turlar həmişə istər-istəməz çox çətin keçir. Çünki, Premyer Liqada yer alan bütün komandalar təlim-məşq toplanışında olurlar. Düşünürəm ki, ilk 3 tur bizim üçün çox ağır olacaq. Amma bu görüşlərdə ümumi mübarizəyə gücümüzün çatacağını düşünürəm.
  • “Şaxtyor”la son yoxlama oyunu keçirən “Sumqayıt” sabah vətənə dönəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz…
  • Bu gün artıq komandamız Antalya toplanışını başa vurdu. Səhər saatlarında inşallah vətənimizə yola düşəcəyik. İki günlük istirahətin ardından öz stadionumuzda “Neftçi” ilə oyunun hazırlığına start verəcəyik.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm