Ölkə futbolu
Azərbaycan 1 pillə gerilədi
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA əmsallar cədvəlində növbəti dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin evdə Şimali Makedoniya “Şkupi”sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0.375) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.
Buna “Sumqayıt”ın doğma meydanda eyni ölkənin digər təmsilçisi “Şkendiya”ya 0:2 uduzması (0.125) və “Keşlə”nin Albaniya “Laçi”si ilə qolsuz bərabərə qalması (0.250) ilə yanaşı, Rumıniyanın 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15.950-yə çatdırması səbəb olub.
Qeydə alınan nəticələrdən sonra Azərbaycanın aktivində 15.875 xal var.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan “Qarabağ”ın Moldova “Şerif”i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…