Digər idman növləri
Azərbaycan atıcıları final mərhələsinə yüksələ bilmədilər
Azərbaycan atıcıları Nigar Nəsirova və Nəzrin Abbaslı Polşada keçirilən III Avropa Oyunlarında final mərhələsinə vəsiqə qazana bilməyiblər.
Futbolinfo.az xəbər verir ki, qadın idmançılar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında çıxışlarını başa vurublar.
Nigar Nəsirova 565 xalla 25-ci, Nəzrin Abbaslı isə 557 xalla 35-ci yeri tutub. Ümumilikdə 38 nəfər arasında ən yaxşı “8-lik” final mərhələsinə adlayıb.
Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Ruslan Lunyov 11-ci yeri tutub.