Digər idman növləri
Azərbaycan Avropa Oyunlarında ilk medalı təmin etdi
Azərbaycanın iki qadın karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova B qrupundakı üç qarşılaşmanın ikisində məğlub olub.
İvet Qoranova (Bolqarıstan) və Cennifer Varninqə (Lüksemburq) uduzan idmançı Mariya Kernerə (Polşa) qalib gəlsə də, yarımfinala yüksələ bilməyib.
50 kq-dakı Fidan Teymurova A qrupunda Şara Vinnidin Hubrixi (Almaniya) üstələsə də, Serab Özçelik (Türkiyə) və Erminiya Perfetto (İtaliya) ilə bacarmayıb.
Qeyd edək ki, bu gün kişi karateçilərdən Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) də qüvvəsini sınayıb.
60 kq-da yer alan Əminağa Quliyev A qrupundakı sonuncu görüşündə polşalı Arkadiuş Kvasnyevskiyə 1:0 hesabı ilə qalib gəlsə də, yarımfinala adlaya bilməyib.
67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib.
O, finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkəcək. Ağalarzadə həlledici görüşə vəsiqə qazansa, burada Dionisios Ksenos (Yunanıstan) – Stefan Komanesku (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.