Digər idman növləri
Azərbaycan çempionatı: Lider ən yaxın izləyicisini qəbul edəcək
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 14-cü turun oyunlarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, martın 14-də çempionluğa iddia edən “Azəryol” autsayderlər zonasında qərarlaşan “Dinamo”nu sınağa çəkəcək. Qarşılaşma “AHF Arena”da təşkil olunacaq.
Martın 17-də isə liderlər üz-üzə gələcəklər. 19 xalla turnir cədvəlinə başçılıq edən “Kür” ən yaxın izləyicisi olan və ondan cəmi 1 xal az toplayan “Bakı”nı qəbul edəcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq qarşılaşmada paytaxt təmsilçisi qalib gələrsə, liderliyi ələ keçirəcək. Görüş federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
14 mart
19:00. “Azəryol” – “Dinamo”
17 mart
14:00. “Kür” – “Bakı”
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə