Digər idman növləri
Azərbaycan çempionatına Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları da qatılacaq
Fevralın 15-16-da keçiriləcək batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində 110-dək idmançı qüvvəsini sınayacaq.
Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində reallaşacaq yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan millilərinin üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının gimnastları da qoşulacaqlar.
Turnirdə idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı