Digər idman növləri
Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşdi
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, matçlar 27 və 29 martda olacaq.
Martın 27-də saat 17:00-da “Murov Az Terminal”ın idman zalında MOİK və “Neftçi” komandaları üz-üzə gələcəklər. Eyni saatda “Azərreyl” və “Murov Az Terminal” Voleybol Mərkəzində mübasibətlərə aydınlıq gətirəcəklər.
Martın 29-da “Murov Az Terminal” MOİK-i sınağa çəkəcək. Bu qarşılaşma saat 17:00-da başlanacaq.
Qeyd edək ki, “Azərreyl” 41 xalla liderdir. “Murov Az Terminal” 31 xalla ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə qərarlaşıb. Çempionatda çıxışlarını dayandıran komandalardan “Xarı Bülbül Şuşa”nın 16, “Xarı Bülbül Laçın”ın 4 xalı var. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə