Digər idman növləri
Azərbaycan çempionatının reytinq favoriti məğlub oldu
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 2-ci turun görüşləri keçirilib.
Futbolinfo.az xəbər verir ki, qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib.
Hesabat turu yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması ilə diqqəti cəlb edib. Digər partiyalarda qalib müəyyənləşməyib. Türkan Məmmədyarova – Xanım Balacayeva, Xəyalə Abdulla – Ləman Hacıyeva görüşləri bərabərliklə yekunlaşıb.
2 turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Liderdən yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürür.
Müstəqil Azərbaycan tarixində qadınlar arasında 31-ci ölkə çempionatının mükafat fondu 11 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4000 manat pul mükafatı qazanacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…