Digər idman növləri
Azərbaycan komandası 1/8 finala yüksəldi
Çimərlik voleybolu üzrə Azərbaycan komandası Latviyanın paytaxtı Riqada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında 1/8 finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Muhamməd Aslanlı-Nəriman Bayramlıdan ibarət cütlük qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komanda 1/16 finala adlayıb.
Onlar bu raundda Polşanı təmsil edən Yakub Zdroyevski – Miçal Kuçarski duetinə 2:0 (21:15, 22:20) qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. Növbəti rəqib Litva olacaq.
Oqtay Qasımov və Camal Cəlilov ibarət komanda isə mübarizəni qrup mərhələsində dayandırıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq