Premyer-liqa
Azərbaycan kubokunda 729 gün sonra
Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub.
Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıb.
Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub. Buna nail olan Valter Quqlemon 2007/08 mövsümünün GEN-lə 1/16 finalın cavab oyununda (5:0) poker müəllifi kimi tarixə düşüb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq