Digər idman növləri
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.
Futbolinfo.az xəbər verir ki, mart və aprel aylarında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunun yeni mövsümündə 10 komanda iki yarımqrupda mübarizə aparacaq.
Qrup oyunları dairəvi sistemdə keçiriləcək və qruplarda ilk iki yeri tutmuş klublar yarımfinala vəsiqə qazanacaqlar.
A qrupu: “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan”, “Sumqayıt”
B qrupu: “Sabah”, “NTD-İNDİQO “, “Sərhədçi”, “Gəncə”, “Şəki”
Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi