Milli komanda
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, yığmamız A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Vüsal İsayev (3) və Pərviz Qaraxanov (23) fərqlənib.
Milli komandamız bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.
Mayın 6-da başa çatacaq turnirdə qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.