Dünya futbolu
Azərbaycan millisi Rusiyaya qarşı
Qadınlardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, komandamız Moskva şəhərindəki “Sport Qorodok” stadionunda Bakı vaxtı ilə saat 20:00-da Rusiya millisi ilə qarşılaşacaq.
Oyunu Latviyadan olan hakimlər briqadası hakimlər idarə edəcək:
Baş hakim: Viola Raudzina
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaga
Dördüncü hakim: Yelena Yermolayeva