Digər idman növləri
Azərbaycan nümayəndə heyəti paralimpiada üçün Pekinə yollandı
Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.
Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 – 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı