Premyer-liqa
Premyer Liqada yeni mövsümün püşkü atıldı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılıb.
Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail” komandaları ilə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.
Püşkə əsasən, son çempion “Qarabağ” yeni mövsümə “Səbail”ə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. “Neftçi” isə səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Yenidən elitaya qayıdan “Kəpəz”lə “Turan Tovuz” isə müvafiq olaraq “Zirə” və “Qəbələ”ni qəbul edəcək.
Premyer Liqada yeni mövsümə avqustun 5-də start veriləcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust
Sabah – Sumqayıt
Turan Tovuz – Qəbələ
Kəpəz – Zirə
Şamaxı – Neftçi
Qarabağ – Səbail
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə