Ölkə futbolu
Azərbaycan – Rusiya oyunu üçün rumıniyalı hakimlər
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, noyabrın 25-də Bakıda keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
Görüşün baş hakim İonela Alina Peşu olacaq. Ona yan xətt hakimləri Petruta Klaudiya Yuqulesku və Mihaela Elena Tepusa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristina Mariana Trandafir yerinə yetirəcək.
“Dalğa Arena”da baş tutacaq Azərbaycan – Rusiya matçına saat 19:00-da start veriləcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var