Digər idman növləri
Azərbaycan sablyaçıları AÇ-də medalsız qaldılar
Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında qılıncoynatmanın sablya növü üzrə gənc oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.
Qrup mərhələsində qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn Murad bu mərhələdə polşalı Benedikt Denkieviçzə 15:13 hesabı ilə qalib gəlib. Murad növbəti mərhələdə ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Marko Mastrulloya 12:15 hesabı ilə uduzub.
Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə ispan Xayme Florezə 15:13 hesabı ilə qalib gəlsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə rumın Radu Nituya 6:15 hesabı ilə məğlub olub.
64-lüyə yüksələn Saleh Məmmədov bu mərhələdə ukraynalı Dmitrii Kolobaievə 4:15 hesabı ilə məğlub olub.
Ayxan Xasıyev pley-offa yüksələ bilməyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı