Digər idman növləri
Azərbaycan şahmatçısı 1/8 finala qələbə ilə başladı
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Nicat rəqib qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.
Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.
1/8 finalda ilk partiya Nicat Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə