Digər idman növləri
Azərbaycan yığması AÇ-də 4-cü yeri tutdu
Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.
Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlub edib – 2:1. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.
Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.
Millimiz qitə birinciliyində 10 çəkidən cəmi 5-ində təmsil olunmasına baxmayaraq, uğurlu çıxış edib. Belə ki, 2 qızıl və 1 bürünc medal əldə edən yığmamız 83 xalla komanda hesabında 4-cü yeri tutub. Millimiz yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalıb.
Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Buxarestə yollanan kollektiv Avropa çempionatlarında medalların əyarına görə son 10 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı