Digər idman növləri
Azərbaycan yığması Avropa Oyunlarında 6-cı oldu
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığmasına 45:42 hesabı ilə qalib gəlib.
Millimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yunanıstanı 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 5-ci yer uğrunda keçirilən qarşılaşmada isə İspaniya komandasına 42:45 hesabı ilə uduzaraq Avropa çempionatını 6-cı sırada başa vurub.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”