Digər
Azərbaycanda daha 521 nəfərdə koronavirus aşkarlandı, 6 nəfər öldü
Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib.
6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.