Bizi izləyin

Ölkə futbolu

Azərbaycanda işləmiş əcnəbilər: Konkovdan Qriqorçuka kimi

blank
blank

Azərbaycan çempionatında çalışan əcnəbi məşqçilərin “xəritəsi”ni tərtib etsək, Osmanlı və ya Roma imperiyasınınn sərhədlərindən daha çox ərazini “əhatə edərik”. Ötən dəfə çempionatımızda komandalarına qızıl medal qazandıran Kaxaber Tsxadadze, Valentin Xodukin və Qyoko Haciyevskinin adını xüsusi vurğuladıq və mövzuya elə Kaxa və onun burada çalışan gürcü həmyerliləri ilə başladıq.  İndi isə digər regionlardan gələn məşqçilərin Azərbaycandan sonrakı aqibəti ilə tanış olaq.

Başlayaq elə Xodukinin vətəni Ukraynadan. 2006-cı ildə “İnter”də çalışan və 3 ildən sonra bu klubu çempion edən Valentin Mixayloviç elə Bakı klubu ilə də məşqçilik karyerasını başa vurub. O, 2020-ci ilin dekabrın 16-da 81 yaşında vəfat edib.

2006-cı ildə Azərbaycana gələn bir başqa ukraynalı mütəxəssis Roman Pokora isə 4 il “Simurq”da işlədikdən sonra 2010-cu ildə ölkəmizi tərk edərək vətəninə qayıdıb. Bir il ərzində “Energetik” və “Gelios” komandalarını çalışdıran Roman Mixayloviç 2013-cü ildə yenidən Qafqaza gələrək bu dəfə Gürcüstanın “Quriya” komandasının “sükanı arxasına” keçib. Elə həmin il də Pokora məşqçilik karyerasını başa vurub. Ötən ilin martın 8-də ukraynalı mütəxəssis 73 yaşında dünyasını dəyişib.

Pokora Azərbaycanda nəticə planında heç hekayə yaza bilməsə də, onun adaşı Roman Qriqorçuk əsl roman yazdı. Ardıcıl iki mövsüm “Qəbələ”ni Avropa Liqasının qrup mərhələsinə çıxaran ukraynalı mütəxəssis ölkə daxilində heç bir titul qazanmasa da, çempionatımızda çalışan məşqçilər arasında xüsusi çəkiyə malikdir. 2015-ci ildə Azərbaycana gələn 3 ildən sonra buranı tərk edən Qriqorçuk “Qəbələ” ilə əldə etdiyi uğuru digər ölkələrdə təkrarlaya bilmədi desək, yanılarıq. Hər halda, Roman İosifoviç burada bölgə təmsilçisini çempion edə bilməsə də, Qazaxıstanda “Astana”ya qızıl medalları qazandırdı. Amma ona qədər də “Astana”nın bunu bacardığını nəzərə alsaq, bunu böyük nəticə kimi qələmə vermək olmaz. Qriqorçukun “Astana”da ən böyük uğuru Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”i məğlub etmələri olub. Bir il bu klubda çalışdıqdan sonra Qriqorçuk Belarusa yollanaraq Soliqorsk “Şaxtyor”unu “relsə salmağa bacardı”. Bunun məntiqi nəticəsi kimi, “şaxtaçılar” BATE-nin hegemonluğuna son qoyaraq Belarus çempionu oldu. Ötən il vətəninə qayıdan Qriqorçuk Odessanın “Çernomorets” klubunun təklifini qəbul etdi. Onun komandasına indiki vəziyyətdə qiymət vermək çətindi. Çempionat müharibə nəticəsində yarımçıq dayandırılıb və Roman İosifoviç də gözləmə mövqeyindədir.

Təbii ki, Ukrayna futbolu deyəndə həm də SSRİ dövründə futbolçu kimi ad çıxaran Konkov və Demyankonu unutmaq lazım deyil. Azərbaycan çempionatının “yağ-bal içində üzən” vaxtlarında hər iki Anatoli bura gələrək məşqçilik fəaliyyəti ilə diqqət çəkdi. SSRİ millisinin heyətində 47 oyun keçirən Konkov 2004-2006-cı illərdə “İnter”i çalışdırdıqdan sonra Ukraynaya qayıdaraq 6 il “Stal” klubunun idman direktoru vəzəfəsində çalışıb. O, daha sonra 3 il ərzində Ukrayna Futbol Federasiyasının prezidenti olub.  2015-ci ildə ona ölkədə korrupsiya ittihamı irəli sürülüb və Anatoli Dmitriyeviç istefa vermək məcburiyyətində qalıb. İttihamları rədd etməsinə baxmayaraq, Konkova hələ də futbol sahəsində iş tapşırılmayıb.

Demyanenkoya gəlincə, “Neftçi”yə qədər 2 il ərzində Kiyev “Dinamo”sunda çalışan mütəxəssis bura artıq təcrübəli mütəxəssis kimi təşrif buyurmuşdu. Amma 2008-ci ildə ölkəmizə gələn Anatoli Vasilyeviç elə həmin il də vətəninə geri qayıtmışdı. 2010-11-ci illərdə Özbəkistanın “Nasaf” klubunda işləyən Demyanenko bu komandaya Asiya Konfederasiya Kubokunu qazandıra bildi. Daha sonra təcrübəli mütəxəssis 2012/13 mövsümündə də “Volın”da fəaliyyət göstərməyə başladı. 7 il işsiz qalan Demyanenko 2020-ci ildə Slovakiyanın “Nitra” klubunda işə başlasa da, 3 aydan sonra postundan getməli oldu.

2005-07-ci illərdə ölkəmizdə çalışan digər ukraynalı mütəxəssis İqor Nakoneçnı Azərbaycandan ayrılandan sonra Ukraynada başını yalnız iki il ərzində “Çernomorets”də baş qatmaqla məşğul oldu. Daha sonra o, futbol səhnəsindən çəkildi. Ukrayna futbolunun bir başqa təmsilçisi Viktor Pasulko isə 2005-06-cı illərdə “Xəzər Lənkəran”da çalışdıqdan sonra səyahətini başqa ölkələrdə davam etdirmək qərarına gəldi. 2017-ci ilə qədər Almaniyanın “Yunkersdorf”, Özbəkistanın “Şurtan”, Qazaxıstanın “Atırau”, “Ordabası” və “Okjetpes”, İtaliyanın “Orlandina” və Lüksemburqun “Rodanj 91” klublarında işləyən Pasulko bu müddət ərzində yalnız 2011-ci ildə “Ordabası”ya ölkə kubokunu qazandırıb. Maraqlıdır ki, bu, Pasulkonun məşqçi kimi karyerasında qazandırdığı yeganə tituldur. Hazırda Pasulko ailəsi ilə Almaniyanın Köln şəhəri yaxınlığındakı Pulhaym şəhərində yaşayır.

Azərbaycanda çalışan sonuncu ukraynalı Yuri Maksimovdur. 2017/18 mövsümündə “Keşlə”də çalışan və qəsəbə təmsilçisinə ölkə kubokunu qazandıran Yuri Vilyeviç daha sonra vətəninə qayıdaraq “Vorskla”nı çalışdırıb. 2019/20 mövsümündə poltavalılar onun başçılığı altında hətta Ukrayna Kubokunun finalına da çıxıb.  2020-ci ilin sentyabrı və 2021-ci ilin oktyabrında Maksimov Ukrayna çempionatında ayın ən yaxşı məşqçisi seçilib.  O, bu ilin mayında klubla müqavilə müddətinin başa çatması ilə əlaqədar iş yerini tərk edib.

Hə, elə bilməyin ki, 2006-cı ildə 37 gün ərzində “İnter”ə baş məşqçilik edən Oleq Smolyaninovu unutduq. Sadəcə, burada uğursuz fəaliyyətlə yadda qalan ukraynalı məşqçini elə axıra saxlamalı olduq. O buradan sonra qısa müddətdə də Ukraynaın “Stal” klubunda çalışıb. Yəni, Konkov onu özünün yanına aparıb.

Əslində, Ukraynada doğulub burada fəaliyyət göstərən məşqçilərdən biri də Sergey Yuran olub. Amma onu daha çox rusiyalı məşqçi kimi tandığımızdan Yuranı Ukrayna ilə Rusiya arasında körpü bilib şimal qonşularımıza keçməyin vaxtıdır. Yurana gəlincə, 2011/12 mövsümündə “Simurq”da çalışan Sergey Nikolayeviç bizdən sonra əsasən ölkəsinin “Sibir”, “Baltika”, “Zorkiy”, “Ximki” və “SKA Xabarovsk” klublarında çalışıb. Elə yeni mövsümdən də Rusiya Premyer Liqasında çıxış edən “Ximki” klubunun baş məşqçi kimi işləyib. Bu müddət ərzində Yuran 2016-cı ildə Ermənistanın “Mika” klubunda da işləməyə vaxt tapıb.

Ölkəmizdə işləyən rusiyalı mütəxəssisləri sadalayanda yada birinci Yuri Syomin düşür. Müstəqil Rusiya tarixinin adlı-sanlı məşqçilərindən olan Yuri Pavloviç 2013/14 mövsümündə “Qəbələ”də işlədikdən sonra vətəninə qayıdaraq “Mordoviya”, “Anji”, “Lokomotiv” və “Rostov”da işləyib. “Qəbələ”dən sonra da elə yalnız “Lokomotiv”ə uğur qazandırıb. 2017/18 mövsümündə çempionluq, 2016/17 və 2018/19 mövsümlərində ölkə kuboku, 2019-cu ildə isə Rusiya Superkuboku. Rusiyalı mütəxəssislər arasında hazırda ölkəmizdə “Sabah”ı çalışdıran Murad Musayev işləyir.

İndi də burada işləyən digər post-sovet ölkələrinin mütəxəssisləri haqqında. Təbii ki, bu mənada ilk olaraq latviyalı mütəxəssis Aleksandr Starkovu xatırlaya bilərik. Latviya yığmasını AÇ-2004-ə daşıyan mütəxəssis daha sonra “Spartak”da uğursuz fəaliyyəti ilə yadda qaldığı kimi 2011/12 mövsümündə də Bakıda “qaz vurub, qazan doldurmadı”. Bakıdan sonra yenidən Latviya yığmasının “sükanı arxasına” keçən Starkov 2019-cu ildə ölkəsinin “Liepaya”klubunun təklifini qəbul edib. Orada da çox qala bilməyib. Hazırda işsizdir.

Latviyalıdan danışdıqsa, litavlı Valdas İvanuskasa keçək.  2009-cu ildə “Standart” klubumuzdakı uğursuz fəaliyyətindən sonra ölkəsinin “Şaulyay”, “REO Vİlnüs”, Gürcüstanın “Dila”, Rusiyanın “SKA Eneji” və “Luç Enerji”, Kiprin “Etnikos” və Polşanın “Zaqlembe” klublarında işləyib. O, ötən ildən Litva yığmasını çalışdırır.

Digər Avropa ölkələrinə keçməmişdən əvvəl isə, yəni, bu yazının sonluğunda hazırda ölkəmizdə belaruslu mütəxəssis Aleksey Baqanın “Sumqayıt”ı çalışdırdığını xatırladaq.

(ardı var)

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm