Digər
Azərbaycanda mərc oyunlarının idarəetməsi türk şirkətinə verildi
Bu gün Bakıda “Azərlotereya”nın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.
Müqaviləyə əsasən, “Demirören Holdinq” milli lotereya, idman yarışları mərc oyunları və loto oyunlarının idarəetməsini beş ay ərzində öhdəsinə götürəcək.
Qeyd edək ki, yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalamışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq