Ölkə futbolu
Azərbaycanda pul qazanan legioner “yolka”sını dollarla bəzədi
Anatoli Abanq “Keşlə”də ümidləri doğrultmur. Rəqib qapılarına qol vurmalı olan hücumçu hələ ki, rəqiblərini vurmaqla məşğuldur.
Cari mövsümdə ikinci dəfə qırmızı vərəq alıb komandasını pis vəziyyətdə qoyan kamerunlu “Səbail”lə oyunda qələbənin əldən çıxmasının əsas səbəbkarı oldu.
Əvəzində sosial şəbəkələrdə kifayət qədər aktivdir.
Azərbaycanlı xanımı Adelia Abanqla şəkil və videolarını sosial media hesablarına yerləşdirən forvard avtomobildə rəqs etdiyi, mahnı oxuduğu, yemək bişirdiyi anların görüntülərini izləyicilərinə təqdim edir.
Anatoli bu dəfə Bakıda kirayə qaldıqları mənzildə Yeni il “yolka”sı bəzəyib. Şam ağacının bəzək aksesuarı kimi isə təkcə oyuncaqlardan yox, həm də dollardan istifadə edib.
ABŞ əskinasının şam ağacına uyğun rəngdə – yaşıl olduğunu nəzərə alsaq, futbolçunun rənglərin ahəngindən maraqlı səhnə yaratmaq istəyi anlaşılandır.
Adam var, evində qurmağa şam ağacı tapmır, adam da var, “yolka”sına dollarlar düzür. Burada ayına 10 min dollar maaş alan afrikalı forvard kimi… (Sportinfo)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”