Bizi izləyin

Layihə

Azərbaycanda tennis: İnkişaf üçün ümid də yoxdur?

blank
blank

Azərbaycanda idman növlərini 3 kateqoriyaya bölmək olar: ölkədə məşhur olan və nəticə verə bildiyimiz oyunlar; burada məşhur olan, lakin nəticə verə bilmədiyimiz və yaxud qismən nəticə verdiyimiz oyunlar; nəhayət, bizdə populyar məşhur olmayan və ümumiyyətlə, nəticə verə bilmədiyimiz oyunlar.

Birinci kateqoriyaya təkbətək idman növlərini aid etmək olar. Bəli, təbii ki, söhbət cüdo, güləş, taekvondo və ya karatedən gedir. İkinci kateqoriyada təkcə futbolun adını çəkmək kifayətdir. Doğrudur, 1990-cı illərlə müqayisədə xüsusən də klub futbolumuzda inkişaf hiss olunur. Amma milli komanda səviyyəsində nəticələr ürəkaçan deyil. Üçüncü kateqoriyaya isə tennisi və ya avtoidmanı aid etmək olar. Doğrudur, ölkədə Formula 1 yarışı keçirilir. Amma Azərbaycandan nəvaxtsa hansısa pilotun çıxacağını təsəvvür belə etmirik.

Bu mənada tennisdə vəziyyət bir qədər fərqlidir. Bakıda nə ATP, nə də WTA yarışları keçirilmir. Amma burada standartlara cavab verən Bakı Tennis Akademiyası fəaliyyət göstərir. Onun daxilində də həvəskar səviyyədə də olsa, yeniyetmə və gənc raketka ustaları məşğul olur. Düzdü, dünya miqyasında önə çıxara biləcəyimiz heç bir tennisçi yoxdur. Adicə ermənilər Rusiyanı təmsil edən Karen Xaçanovla öyünə bilirlərsə, biz ölkədən kənarda doğulub, yaşadığı ölkənin bayrağını dalğalandıran bir tennisçi ilə də təsəlli tapa bilmirik. Erməni dığası Avstraliya Açıq tennis turnirində çıxıb təxribatçı hərəkətlər edirsə, biz kənardan baxıb köks ötürürük. Fikirləşirik ki, nə olardı, Rusiyada yaşayan azərbaycanlılar da Karen kimi tennislə məşğul olardı, onlar da çıxıb böyük yarışlarda kameraya “Qarabağ Azərbaycandır” yazaydı.

Məlum məsələdir ki, Bakıda olduğu kimi İrəvanda da tennisçi yetişdirmək üçün münbit şərait yoxdur. Amma Xaçanov Ermənistanın üzünü görmədiyi kimi, Rusiyada və ya başqa ölkədə Bakı görməyən azərbaycanlılar var. Bəs onların arasında niyə belə əjdaha çıxmır? Deməli, tennis bizə yad idman növüdür.

Əslində, bunu bəhanə edib taleyimizlə barışmaq da doğru deyil. Eyni məntiqlə, Norveç qış idman növləri ilə məşhurlaşan bir ölkədir. Xüsusən də bu ölkənin biatlonçuları dünya idman tarixinə adını qızıl hərflərlə yazdıran simalardır. Amma bu gün Norveçin Erlinq Haland kimi futbolçusu və Maqnus Karlsen kimi dahi şahmatçısı yetişib. Mövzu tennisdirsə, bu ölkəni təmsil edən Kasper Ruuddan da danışa bilərik. Son vaxtların yüksələn tennisçilərindən olan Ruud iştirak etdiyi bütün turnirlərdə favoritlər sırasında qərarlaşır.

Skandinaviya deyəndə həmişə isveçli tennisçilər diqqət mərkəzinə düşüb və Norveç heç vaxt onların həndəvərində belə olmayıb.  Amma idman elə bir sahədir ki, kompleks tədbirlərlə onun istənilən növündə uğur qazana bilərsən. Çünki hamısına yanaşma tərzi eyni olmalıdır.

İdmanın hansı növü ilə məşğuliyyətindən asılı olmayaraq, işə peşəkar yanaşmaq lazımdır. Belə olan halda, addım atdığın istənilən “quru” sahəni dirildə bilərsən. Peşəkarlıq olan yerdə yaradıcılıq da olur.  Əslində, “yaradıcılıq” sözünü hədər yerə işlətmədik. Gəlin, qəbul edək ki, ən yaxşı nəticəni döyüş idman növlərində əldə ediriksə, onlar da yaradıcı idman növü sayılmır. Yaradıcılıq tələb edən idman növlərində də “bərbad təsir bağılşlayırıq” demək də olmur. Çünki ortada şahmat nümunəsi var. Deməli, döyüş idman növlərində fiziki güc lazımdırsa, şahmatda da zəka şərtdir. Tennis ikisinin sintezidir. Bu isə axsayan yerimizdir.

Tennisi digər idman növlərindən fərqləndirən cəhət çox xərc tələb edən olmasıdır. Bir azərbaycanlı valideyn övladına triko və ya kimono alıb onu döşəyə, yaxud da tatamiyə çıxarmaqda problem yaşamır. Yaxud da ki, onu futbola “yazdırıb” çox da xərc çəkməyəcək. Amma tennis üçün əməlli-başlı tərləmək lazımdır.  Demək olar ki, bütün idman növlərində uğur qazanmaq üçün ölkə çempionatında nəticə göstərmək vacibdir. Beynəlxalq yarışların qapısı ölkə çempionatıdır. Tennis isə belə deyil. Burada uğur qazanmaq üçün kommersiya məqsədilə keçirilən turnirlərdə iştirak etmək şərtdir. Bir tennisçi ilin 365 gününün çoxunu səfərlərdə keçirir.

İkinci belə bir idman növü tanıyırsınızmı? “Yoxdur” deyə bilmərik, çünki yuxarıda tennisi sürət yarışları ilə tərəzinin eyni gözünə qoyduq. Bəli, məhz sürət yarışlarında da bir pilotun uğur qazanması üçün sponsora ehtiyacı var.  Bizdə isə insanların maraq dairəsində olmayan bir idman növünə kim “pul buraxar”?

Onda sual olunur: nə üçün ölkə olaraq Formula 1 yarışının təşkilində maraqlıyıq, amma tennis turnirlərini təşkil etmirik? Cavab sadədir: Formula 1 nəhəng kommersiya yarışıdır və orada Qran-Pri keçirmək üçün zəngin ənənələrə ehtiyac yoxdur. Formula 1-in ən köklü yarışları Silverstoun və Montsada keçirilir. Amma bu gün demək olar ki, hər bir ərəb ölkəsində Qran-Prilərin təşkili Böyük Britaniya və İtaliyadakı yarışları kölgədə qoyub. Məsələn, Formula 1-in “Mersedes” kimi nəhəng komandası var.  Amma hazırda Almaniya Qran-Prisi keçirilmir. “Liberty Media”ya kim çox pul verirsə, o da onun sifarişini səsləndirir.

Trass təşkil edib onun kənarına tribunalar quraşdırıb dünyanın 4 tərəfindən turist qəbul edə bilirsən. Tennisdə isə ənənə vacibdir. Bu gün ərəblər istəsələr belə, “Australian Open”, “Rolan Garros” “Wimbeldon” və ya “US Open”i kimi tarixi turnirləri sıxışdırıb “Dəbilqə” təşkil edə bilməzlər. Düzdür, Ər-Riyadda, Dohada və ya Dubayda reytinqli ATP və WTA  turnirləri təşkil olunur, amma onlar nəinki “Dəbilqə”, heç “Masters” səviyyəsinə yüksələ bilmir. Yalnız qadınların yarışındakı “Dubay Masters”i istisna etmək olar.  Bir yarış “Dəbilqə” olmadısa, orada turist toplamaq mümkün olmayacaq. Belə yarışlara pul buraxmaq həmin ölkənin iqtisadiyyatına böyük xeyir vermir.

Bəli, Azərbaycanda 2011-15-ci illər aralığında mükafat fondu 250 min dollar olan “Baku Open” turniri keçirilirdi. İlk yarışda ovaxtlar reytinqdə 3-cü pillədə qərarlaşan Vera Zvonaryova çempion oldu. Növbəti ildə serbiyalı Boyana Yovanovski uğur qazandısa, 2013 və 14-cü illərdə ukraynalı Elina Svitolina ardıcıl 2 yarışın qalibi oldu. 2015-ci ildə erməni əsilli rusiyalı tennisçi Marqarita Qasparyan çempion olduqdan sonra bu yarış daha keçirilmədi. Etiraf edək ki, turnirə maraq elə də böyük olmadı. Ona görə də bizimkilər pulu havaya sovurmaqdansa, təşkilatçılıqdan imtina etdilər.

blank

Əslində, bu yazıda Azərbaycanın tennis tarixindən də bəhs etmək olar. Məsələn, sovet dövründə bizim tennis məktəbinin nümayəndəsi olan Sergey Lixaçyovun böyük turnirlərdə cüt yarışlarda uğur qazanmasını vurğulamaq mümkündür. Amma SSRİ-də digər idman növləri ilə müqayisədə tennisə yanaşma tərzi fərqli idi. Sosializm prinsipi ilə idarə olunan sistemdə kapitalizm qoxusu gələn idman növünün nazı ilə oynamırdılar.  Ona görə də həmin dövrdə heç bir sovet tennisçi “Dəbilqə” yarışlarını qazana bilmirdi.

SSRİ dağıldıqdan sonra ruslar diqqət mərkəzinə düşməyə başladı. Daha sonra Latviyadan Yelena Ostapenko, Belarusdan Viktoriya Azarenka ilə Arina Sabalenka, Ukraynadan Elina Svitolina və Qazaxıstandan Yekaterina Rıbakina nüfuzlu turnirlərin qalibi oldu. Eləcə də Gürcüstandan “Masters” qazanan Teymuraz Basilaşvili kimi birisi çıxdı. Adicə Moldova belə Radu Albot kimi raketka ustasını “Böyük Dəbilqə” turnirlərinə göndərdi. Azərbaycanın isə hələ də 250 reytinq xalı olan turnirlərdə nümayəndəsi belə yoxdur. Belə baxanda, yuxarıda adlarını çəkdiyimiz postsovet məkanının tennisçiləri də öz ölkələrində tennisin sirlərinə yiyələnməyib. Onların həyat hekayəsini oxuyanda görürsən ki, Avropa və ya Amerikada tennis akademiyalarında bu idman növünün sirlərinə yiyələnib. Amma Azərbaycanda valideynlər övladlarının qabağına düşüb onları Qərbin belə ocaqlarına aparmayıb. Ona görə də Bakı Tennis Akademiyasından nəsə ummağa dəyməz.

Azərbaycanda tennisi inkişaf etdirmək üçün bir yol var. Bu idman növünün məktəblərdə tədrisinə nail olmaq. Biz daha öncə yeni nəsil arasında bu idman növünü təbliğ etməliyik. Federasiya təhil nazirliyi ilə iş aparmalı və idman dərslərində bu növünün ilkin elementləri tədris olunmalıdır. Bununla yanaşı, dövlət səviyyəsində “Abad məhəllə” layihəsində həyətlərdə tennis meydançaları quraşdırılmalıdır. Uşaqlar birinci tor görməli, sonra əlinə rakatka alıb topa zərbə endirməlidir. Əks halda, heç kimin bu idman növünə marağı olmayacaq. Maraq yaradandan sonra maliyyə haqda fikirləşmək olar.  İdman növündə kütləvilik yaratmasan, perspektivdən danışmağa dəyməz. Təəssüf ki, tennis bizdə kütləvi idman növü deyil.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm