Digər idman növləri
Azərbaycanı DÇ-də 15 taekvondoçu təmsil edəcək
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, 6 gün davam edəcək yarışda yığma 15 idmançı ilə təmsil olunacaq.
809 taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək.
Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq