Milli komanda
“Azərbaycanı güclü rəqib hesab edirik” – Voroqovski
UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçından öncə təşkil olunan mətbuat konfransında qonaq komandanın futbolçusu Yan Voroqovski jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
– Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadır. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik.
– Düşünmək olar ki, sabah tam güc xərcləməyəcəksiz?
– Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik.
– Azərbaycanın son iki oyunda qələbə qazanması sizi narahat etmir?
– Rəqibi təbrik edirik. Biz onları ciddi rəqib hesab edirik. Onlarla oyunda güclü oynamaq lazımdır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi