Digər idman növləri
Azərbaycanın 9 cüdoçusu üçün medal şansı
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycanın daha 9 cüdoçusu tatamiyə çıxacaq.
Onlar 4 çəki dərəcəsində fəxri kürsüyə qalxmağa çalışacaqlar. Yalnız Nurlan Osmanov 1/32 finaldan mübarizəyə qoşulacaq. Digər 8 idmançı 1/16 finaldan görüşlərə başlayacaq.
Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusundan yalnız ikisi – Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final
Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final
Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final
Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final
Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final
İbrahim Əliyev (73 kq) – Sulayman Hamad (Səudiyyə Ərəbistanı): 1/16 final
Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final
Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final
Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı