Digər idman növləri
Azərbaycanın milliləri İstanbul toplanışını başa vurdular
Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 və U-18 yığmaları yekun yoxlama oyunlarını keçiriblər.
Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçını 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.
Qeydə alınmış hesablar:
“Beykoz KBBL” U-18 – Azərbaycan U-18 (55-69)
“Eyül Belediyesi” U-18 – Azərbaycan U-18 (59-78)
“Leventspor” U-15 – Azərbaycan U-16 (50-68)
“Eyüp Belediyesi” U-16 – Azərbaycan U-16 (46-71)
“Şimali Kipr Levent” U-16 – Azerbaycan U-16 (76-51)
Komandalar İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq