Digər idman növləri
Azərbaycanlı azarkeşlərin dəstəyi “Anadolu Efes”ə yetərli olmadı
Basketbol üzrə Avroliqa turnirində 15-ci tura yekun vurulub. İstanbulda “Fənərbağça” komandası Litvanın “Jalgiris” klubunu qəbul edib. Yassikyaviçusun gəlişindən sonra müəyyən qədər özünə gələn İstanbul təmsilçisi çətinliklə də olsa qələbə qazanmağı bacarıb. Bütün oyun ərzində Şarunas Yassikyaviçyusun keçmiş komandası hesabda öndə olub. Lakin 4-cü periodda oyunçuların fərdi ustalığı özünü büruzə verib. 80:78 hesabı ilə qali gələn “Fənərbağça” turnir cədvəlində bir qədər irəliləyərək 8-ci pillədə qərarlaşıb.
İstanbulun digər komandası Münxendə “Bavariya”nın qonağı olub. Türk və azərbaycanlı azarkeşlərin arenada dəstəyinə baxmayaraq “Anadolu Efes” məğlub olub. Bu qələbədən sonra alman komandası pley-inə vəsiqə verən 10-cu pilləyə yaxınlaşıb. İstanbul komandası isə 13-cü pillədə yer alır.
Digər oyunlar arasında “Panatinaikos”un Monakodakı qələbəsini qeyd etmək olar. Son periodda məhsuldarlıq nümayiş etdirən yunanlar 91:90 hesablı qələbə qazanıblar. Ergin Atamanın komandası bu qələbədən sonra 6-cı pilləyə qalxıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…