Dünya futbolu
Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO
Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv lider “Dnepr-1”i qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının hər iki qoluunu azərbaycanlı futbolçu vurub. O, 31 və 88-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
“Aleksandriya” hazırda 26 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq