Dünya futbolu
Azərbaycanlı futbolçular Latviyada darmadağına üzüldülər
Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Liepaya” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşib.
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 13 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə