Milli komanda
Azərbaycanlı futbolçunun Ukraynada yeni klubu bəlli oldu
Bir neçə gün öncə Ukraynanın “Aleksandriya” klubundan ayrılan Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayevin yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra Ukraynanın “Polesye” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Premyer Liqaya yenicə vəsiqə qazanmış klub rəsmi saytı vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, Azərbaycanın U-21 yığmasında 3 oyuna çıxıb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü