Digər idman növləri
Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.
Futbolinfo.az xəbər verir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq.
O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb – 3:1.
Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb – 3:1.
Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi